Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

Robinhood Bitstamp-ı 200 milyon dollara alır

07 İyun 2024 - Maliyyə, Birja

robinhood-bitstamp-i-200-milyon-dollara-alir-1717741832

07 İyun 2024

Birja ticarəti platforması Robinhood Lüksemburqda yerləşən kriptovalyuta birjası Bitstamp-ı təxminən 200 milyon dollar nağd pula alacağını açıqlayıb.

Borsa.az xəbər verir ki, Robinhood-un yaydığı açıqlamada şirkətin Bitstamp-ı almaq üçün razılığa gəldiyi bildirilib.

Açıqlamada qeyd edilib ki, bu strateji satınalma şirkətin ABŞ-dan kənarda daha yaxşı mövqedə olmasına imkan verəcək və eyni zamanda Robinhood Crypto-nun dünya miqyasında genişlənməsini əhəmiyyətli dərəcədə sürətləndirəcək.

Açıqlamada, təqribən 200 milyon dollar nağd şəkildə həyata keçiriləcək alışın 2025-ci ilin ilk yarısında tamamlanmasının gözlənildiyi bildirilib.

Robinhood Crypto baş meneceri Johann Kerbrat mövzu ilə bağlı qiymətləndirməsində Bitstamp-ın alınmasının şirkətin kriptovalyuta biznesinin böyüməsində mühüm bir addım olduğunu qeyd edib və deyib: "Bu strateji birləşmə sayəsində biz daha yaxşı vəziyyətdəyik. İnstitusional müştəriləri Robinhooda dəvət edirəm".

Bitstamp-ın Baş İcraçı Direktoru Jean-Baptiste Graftieaux da onların dünya miqyasında ən etibarlı və şəffaf kriptovalyuta platformalarından biri kimi tanındıqlarını vurğulayıb və deyib: "Bitstamp platformasının və təcrübəsinin Robinhood ekosisteminə gətirilməsi istifadəçilərə təhlükəsiz və təkmilləşdirilmiş ticarət təcrübəsi təqdim edəcək".