Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

Azərbaycanın Hindistanla ticarət dövriyyəsi 6%-dən çox azalıb 

22 İyun 2024 - İqtisadiyyat, Sahibkarlıq, Biznes təklifi, Statistika

azerbaycanin-hindistanla-ticaret-dovriyyesi-6-den-cox-azalibnbsp-1719055921

22 İyun 2024

Bu ilin yanvar-may aylarında Azərbaycanla Hindistan arasında ticarət əməliyyatlarının həcmi 657 milyon 39 min ABŞ dolları təşkil edib.

Borsa.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% azdır.

Hesabat dövründə Hindistan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,56%-i həcmində olub.

Beş ayda Azərbaycan Hindistana 569 milyon 840 min ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da illik müqayisədə 6,9% azdır. Bu dövrdə Azərbaycanın ümumi məhsul ixracının 5,12%-i Hindistanın payına düşüb.

Yanvar-may aylarında Azərbaycan Hindistandan məhsul idxalını illik müqayisədə 1,7% azalaraq 87 milyon 199 min ABŞ dollarına çatdırıb. Dövr ərzində Hindistan ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 1,19%-ni təşkil edib.