Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

Dünyanın ən böyük kriptovalyuta birjası külli miqdarda cərimələnib  

22 İyun 2024 - Maliyyə, Birja

dunyanin-en-boyuk-kriptovalyuta-birjasi-kulli-miqdarda-cerimelenibnbspnbsp-1719054485

22 İyun 2024

Hindistanın Maliyyə Kəşfiyyat İdarəsi (FIU) dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"i ölkənin çirkli pulların yuyulmasına qarşı mübarizə qaydalarını pozduğuna görə 2,25 milyon dollar (4,25 milyon manat) cərimələyib.

Borsa.az xəbər verir ki, qayda pozuntuları "Binance" bu ilin mart ayında Hindistandakı fəaliyyəti haqqında məlumat vermək və çirkli pulların yuyulmasına qarşı yerli qanunları pozmamaq öhdəliyi ilə FIU-da qeydiyyatdan keçdikdən sonra aşkar edilib.

May ayında Kanada səlahiyyətliləri kriptovalyuta ticarətində qanunsuz gəlirlərin yuyulmasına görə "Binance"ə 4,38 milyon dollar (təxminən 7,4 milyon manat) cərimə kəsiblər. Elə həmin ay "Binance"in keçmiş icraçısı Çanpen Çjao çirkli pulların yuyulması əməliyyatlarında və ABŞ qanunlarını pozmaqda təqsirli bilinərək dörd aylıq həbs cəzasına məhkum edilib.

Mənbə: Business Line