Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

FED 4 böyük bankın mümkün iflas planlarını zəif hesab edir 

22 İyun 2024 - Maliyyə, Valyuta

fed-4-boyuk-bankin-mumkun-iflas-planlarini-zeif-hesab-edirnbsp-1719052521

22 İyun 2024

ABŞ Federal Ehtiyat Sistemi (FED) və ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) Bank of America, Citigroup, Goldman Sachs və JPMorgan Chase banklarının mümkün müflisləşmə ilə bağlı hazırladıqları planlarda zəifliklərin aşkar edildiyini bildirib.

Borsa.az xəbər verir ki, FED və FDIC maliyyə çətinliyi və ya çökmə vəziyyətində 8 böyük bankın müflisləşməsinin nizamlı şəkildə həlli strategiyasını müəyyən edən planlarına baxışın nəticələrini açıqlayıb.

Açıqlamada Bank of America, Citigroup, Goldman Sachs və JPMorgan Chase-in planlarında “zəif tərəflərin” aşkar edildiyi bildirilib.

Wells Fargo, Bank of New York Mellon, State Street və Morgan Stanley tərəfindən təqdim edilən planlarda heç bir zəiflik aşkar edilmədiyi qeyd edilib.

Əlavə olunub ki, sözügedən 8 banka onların strategiya və imkanlarının davamlı olaraq təkmilləşdirilməsi istiqamətləri göstərilməklə məktublar göndərilib və qeyd olunan çatışmazlıqlar 2025-ci il iyulun 1-dək aradan qaldırılmalıdır.