Azərbaycanın bu il qəhvə idxalı nə qədər olub ? - RƏQƏMLƏR AÇIQLANDI
Azərbaycanda skuter və moped bazarı "partlayacaq" - 14 YAŞLILARA İCAZƏ VERİLDİ
22 İyun 2024 - Biznes, Avtomobil
22 İyun 2024
Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə verən layihə birinci oxunuşda təsdiqlənib.
Borsa.az xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, 14 yaşdan Azərbaycan ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ siyahısına velosiped və ya araba ilə yanaşı, kiçik elektrik nəqliyyat vasitəsi də əlavə edilir.
Məlumat üçün bildirək ki, kiçik elektrik nəqliyyat vasitəsi – gücü 1 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən, bir nəfərin daşınması üçün nəzərdə tutulan və aşağıdakı meyarlara cavab verən fərdi mobil nəqliyyat vasitələridir.
- təkər çarxına mexaniki bağlanan və hərəkət istiqamətinə nəzarət etməyə imkan verən sükanı olan və ya sükanı olmayan, ətalət qüvvəsi (həmçinin jest, mimika və ya səsli komanda) ilə hərəkət edən və özünü tarazlaya bilən texnologiyaya malik olan;
- oturacağı olduğu halda sükanın hündürlüyü 50 sm-dən az olmayan;
- oturacağı olmadığı halda sükanın hündürlüyü 70 sm-dən az olmayan;
- sürücüsüz maksimum kütləsi 55 kq, ümumi hündürlüyü 1,40 m-ə qədər və uzunluğu 2 m-ə qədər olan;
- xarici elektrik enerjisi mənbəyinə qoşularaq doldurula bilən enerji saxlama sistemi (batareyası) olan;
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul edilib.

Bölmənin digər xəbərləri
XƏBƏR LENTİ
- 15:58 Azərbaycanın bu il qəhvə idxalı nə qədər olub ? - RƏQƏMLƏR AÇIQLANDI
- 15:52 Azərbaycanda sement istehsalı 15% artıb
- 15:49 Nazir müavini: "İmtahanda 40 600 müəllim iştirak edib. Onların 88%-i uğur qazanıb"
- 15:44 Bazar gününə olan hava proqnozu açıqlanıb
- 15:37 Arda Gülərin bu gün əsas heyətdə yer almayacağı açıqlandı
- 15:00 Azad olunmuş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısında DƏYİŞİKLİK
- 14:44 Türkiyənin Portuqaliya sınağı
- 14:30 Azərbaycanın Hindistanla ticarət dövriyyəsi 6%-dən çox azalıb
- 14:16 Azərbaycanda skuter və moped bazarı "partlayacaq" - 14 YAŞLILARA İCAZƏ VERİLDİ
- 13:47 Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi xeyli azalıb
- 13:27 Mətbuat Şurası və ARDNF birgə müsabiqə elan edib
- 13:18 Dövlət fondu dəftərxana malları alır - TENDER ELANI