Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

EBRD Azərbaycana 10 mln. dollar kredit ayırıb

20 May 2024 - Maliyyə, Bank

ebrd-azerbaycana-10-mln-dollar-kredit-ayirib-1716232131

20 May 2024

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda KOB-ların inkişafına dəstək olmaq, yerli biznesin rəqabət qabiliyyətini artırmaq üçün AccessBank-la əməkdaşlıq çərçivəsində 10 milyon ABŞ dollar məbləğində kredit ayırıb.

Borsa.az xəbər verir ki, bu barədə "APA-Economics"ə EBRD-dən bildirilib.

Bank əsas kreditor (“lender of record”) kimi EBRD və B kreditoru (“B lender”) Cənub-Şərqi Avropa üçün Avropa Fondu (EFSE) olmaqla, 10 milyon ABŞ dollarına (9,24 milyon avro) qədər sindikatlaşdırılmış kredit verəcək. İki tərəf hər biri yerli valyutada 5 milyon ABŞ dollarına (4,6 milyon avro) qədər vəsait təqdim edəcək.

Ayrılan vəsait yerli KOB-ların böyüməsini və rəqabət qabiliyyətini artırmaq məqsədi ilə onlara kredit vermək üçün istifadə olunacaq. AccessBank-ın məqsədi Azərbaycan üzrə yeni maliyyə imkanları təqdim etmək, yeni biznesləri cəlb etmək və ölkənin davamlı inkişafını dəstəkləməkdir.

Bankın AccessBank ilə yenilənmiş əməkdaşlığı EBRD-in ölkə iqtisadiyyatının şaxələndirilməsi, yerli biznes üçün maliyyə imkanlarının genişləndirilməsi və yaşıl iqtisadiyyata əlavə dəstək kimi Azərbaycandakı strateji prioritetlərinə uyğun olaraq daha geniş əməkdaşlığa yol açmağa imkan verəcək.

Qeyd edək ki, AccessBank 2002-ci ildən Azərbaycanın kiçik və orta sahibkarlıq subyektlərini dəstəkləmək və onlara sərfəli maliyyə xidmətləri təklif etmək üzrə ixtisaslaşmış kommersiya bankıdır.

EFSE Cənub-Şərqi Avropa və Şərq Qonşuluq regionunda fəaliyyət göstərən, KOB və fərdi ev təsərrüfatlarına maliyyə təmin edən sahibkarlıq fondudur.

EBRD Azərbaycanın ən böyük institusional investorudur. Bank ölkənin iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün 189 layihəyə 3,7 milyard avrodan çox sərmayə ayırıb.