Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13,8 faiz artıb

09 İyun 2024 - Maliyyə, Vergilər, Finans, Hesabat

qeyri-neft-qaz-sektorundan-vergi-daxilolmalari-138-faiz-artib-1717937622

09 İyun 2024

2024-cü ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 499 milyon 106,4 min manat vergi daxil olub. Dövlət büdcəsinə proqnozdan əlavə 1 milyard manatdan çox vəsait ödənilib.

Borsa.az xəbər verir ki, Xidmətin yaydığı məlumatda bildirilir ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 5,2 milyard manatdan çox təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 634,7 milyon manat və ya 13,8 faiz çox olub.

Ödənilən vergilərin 69,9 faizi qeyri-neft-qaz sektorunun, 30,1 faizi isə neft-qaz sektorunun payına düşüb.

2024-cü ilin yanvar - may aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 78,3 milyon manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 23,6 faiz və ya 15 milyon manat çoxdur.

Cari ilin 5 ayında Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 116,3 faiz icra edilib.