Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

Kartla daşınmaz əmlak alanlara 5 ayda 8 milyon manatdan çox ƏDV geri qaytarılıb

08 İyun 2024 - Maliyyə, Vergilər

kartla-dasinmaz-emlak-alanlara-5-ayda-8-milyon-manatdan-cox-edv-geri-qaytarilib-1717936578

08 İyun 2024

2024-cü ilin yanvar-may ayları ərzində pərakəndə ticarət və iaşə obyektlərindən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də səhiyyə müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 74,02 milyon manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Borsa.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə istinadən xəbər verir.
“ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.

Bundan başqa, ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin “ƏDV geri al” layihəsi çərcivəsində qaytarılan həcmi yanvar-may aylarında 8 milyon 169,2 milyon manat təşkil edib.