Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

AMB: "Azərbaycanda BOKT sektoru üzrə mənfəət tarixi rekord həddə çatıb"

19 May 2024 - Qeyri-Bank, Statistika, Hesabat

amb-azerbaycanda-bokt-sektoru-uzre-menfeet-tarixi-rekord-hedde-catib-1716104982

19 May 2024

Ötən il Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) sektoru üzrə mənfəəti tarixi rekord həddə çatıb.

Borsa.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü il üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.

Ötən il BOKT-lar yüksək mənfəətlilik əldə edib ki, bu da əvvəlki ilin mənfəətindən təqribən 3 dəfə çoxdur.

Sektorun mənfəətliliyinin artmasında kredit portfelinin böyüməsi ilə artan faiz gəlirlərindən əlavə kredit təşkilatlarının əməliyyat səmərəliyinin də artması əsas amillərdən olub. Sektorun ROA (aktivlərin gəlirliliyi) və ROE (kapitalın gəlirliliyi) göstəriciləri də əvvəlki illə müqayisədə 2 dəfə artaraq müvafiq olaraq 10 %24 % təşkil edib.

Qeyd olunub ki, artan mənfəətlilik fonunda sektorun kapital mövqeyində müsbət tendensiya davam edib. İl ərzində BOKT-lərin kapitalı 50 % artaraq 315 milyon manat təşkil edib. Kapitalın artımı həm kapital inyeksiyası, həm də BOKT sektorunun mənfəət generasiyası hesabına olub. Belə ki, il ərzində bölüşdürülməmiş mənfəət təqribən 3 dəfə artaraq 103 milyon manat, nizamnamə kapitalı isə 23 % artaraq 205 milyon manat təşkil edib.