Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

Bu şəxs maliyyə nazirinin müavini təyin edildi 

08 İyun 2024 - Son dəqiqə, Maliyyə

bu-sexs-maliyye-nazirinin-muavini-teyin-edildinbsp-1717937911

08 İyun 2024

Naxçıvan MR maliyyə nazirinin müavini təyin edilib.

Borsa.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimov Elvin Əlimərdanovun MR maliyyə nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Elvin Yusif oğlu Əlimərdanov əmək fəaliyyətinə 2013-cü ildə Kəngərli rayon İcra Hakimiyyətində başlayıb, daha sonra Kəngərli rayon Vergilər Şöbəsində, Naxçıvanqaz İstehsalat Birliyində və Naxçıvan Şəhər İcra Hakimiyyətində maliyyə sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb. Həmçinin, eyni illərdə Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetində maliyyə istiqaməti üzrə pedaqoji fəaliyyətlə məşğul olub. 21 yanvar 2022-ci il tarixində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin İqtisadiyyat departamentinin müdiri vəzifəsinə, həmin ilin 11 fevralında isə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Maliyyə və mühasibatlıq departamentinin müdir müavini vəzifəsinə təyin edilib.