Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
Müəllimlərin imtahanı başlayır
20 İyun 2024 - Son dəqiqə, Xəbərlər, Təhsil
20 İyun 2024
İyunun 21, 22 və 24-də ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək.
Borsa.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu il riyaziyyat, Azərbaycan dili, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və rus ədəbiyyatı (rus bölməsi), alman dili, fransız dili üzrə müəllimlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulur.
Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil edilir. Cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.
Ötənilki sertifikatlaşdırma prosesinə 29 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib.

XƏBƏR LENTİ
- 15:58 Azərbaycanın bu il qəhvə idxalı nə qədər olub ? - RƏQƏMLƏR AÇIQLANDI
- 15:52 Azərbaycanda sement istehsalı 15% artıb
- 15:49 Nazir müavini: "İmtahanda 40 600 müəllim iştirak edib. Onların 88%-i uğur qazanıb"
- 15:44 Bazar gününə olan hava proqnozu açıqlanıb
- 15:37 Arda Gülərin bu gün əsas heyətdə yer almayacağı açıqlandı
- 15:00 Azad olunmuş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısında DƏYİŞİKLİK
- 14:44 Türkiyənin Portuqaliya sınağı
- 14:30 Azərbaycanın Hindistanla ticarət dövriyyəsi 6%-dən çox azalıb
- 14:16 Azərbaycanda skuter və moped bazarı "partlayacaq" - 14 YAŞLILARA İCAZƏ VERİLDİ
- 13:47 Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi xeyli azalıb
- 13:27 Mətbuat Şurası və ARDNF birgə müsabiqə elan edib
- 13:18 Dövlət fondu dəftərxana malları alır - TENDER ELANI