Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

“Dönər House 24”də toyuq dönərində bakteriya aşkarlanıb - BAĞLANDI 

04 İyun 2024 - Xəbərlər, Səhiyyə

doner-house-24de-toyuq-donerinde-bakteriya-askarlanib-baglandinbsp-1717509103

04 İyun 2024

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, ev 19 ünvanında fəaliyyət göstərən “Dönər House 24” ictimai iaşə müəssisəsində nəzarət tədbiri aparılıb.

"Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir" - AQTA SƏDRİ ZƏHƏRLƏNMƏLƏRDƏN DANIŞDI

Borsa.az AQTA-ya istinadən xəbər verir ki, monitorinq zamanı qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Belə ki, bəzi qida məhsullarının üzərində etiket məlumatlarının olmadığı, temperatur rejiminə əməl edilmədiyi, emal prosesində istifadə edilən qida məhsullarının yuyulması üçün yuma çanağının təşkil olunmadığı, istifadə olunan avadanlıqların  tamlığının pozulduğu və digər nöqsanlar aşkarlanıb.

Bişmiş toyuq dönərindən götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində nümunələrdə insan sağlamlığı üçün təhlükəli hesab olunan E.Coli bakteriyası aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.