Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

Sabah Sankt-Peterburqda Rusiya-Azərbaycan biznes dialoqu keçiriləcək

04 İyun 2024 - Biznes

sabah-sankt-peterburqda-rusiya-azerbaycan-biznes-dialoqu-kecirilecek-1717508441

04 İyun 2024

İyunun 5-dən 8-dək Sankt-Peterburqda keçiriləcək XXVII Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) çərçivəsində Rusiya ilə Azərbaycan arasında biznes dialoqu baş tutacaq.

Borsa.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, tədbirdə iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq.

Əsas diqqət ticarət və investisiya əlaqələrinin, o cümlədən kənd təsərrüfatı, əczaçılıq, enerji, logistika və bankçılıq sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə yönəldiləcək.

Tədbirdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Rusiya iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin rəhbəri Sergey Dankvert, Rusiya Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin və Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun çıxışları gözlənilir.

Tədbirdə, həmçinin, “Dubay-Bakı: enerjidən maliyyəyə” panel sessiyasının keçirilməsi gözlənilir. Bu sessiya zamanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müzakirə olunacaq.