Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

Dünyada işsizlərin sayı azalacaq – HESABAT 

29 May 2024 - Finans, Statistika, Hesabat

dunyada-issizlerin-sayi-azalacaq-hesabatnbsp-1716983695

29 May 2024

Çin, Hindistan və yüksək gəlirli ölkələrdə makroiqtisadi sabitlik və gözləniləndən daha zəif performans nəticəsində qlobal işsizlik səviyyəsi bu il 5%-dən 4,9%-ə düşəcək.

Borsa.az xəbər verir ki, bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Cenevrədə dərc etdiyi hesabatda yer alıb.

Hesabata görə, işsizlik səviyyəsi 2023-cü ilə nisbətən 0,1% azalacaq. Ekspertlər 2025-ci ildə işsizliyin 4,9% səviyyəsində qalacağını düşünürlər. Bu, 2019-cu ildən, yəni pandemiyadan əvvəl qeydə alınan səviyyədən aşağıdır.

Bu il işsizlik nisbətinin azalmasına baxmayaraq, ekspertlər iş çatışmazlığının hələ də böyük problem olduğunu bildirirlər.

Hesablamalara görə, dünyada 402 milyon insan işsizdir. İnkişaf etməkdə olan ölkələrdə iş çatışmazlığı sənayeləşmiş ölkələrlə müqayisədə daha ciddidir və qadınlar kişilərdən daha çox təsirlənir.

Statistik məlumatlara görə, qadınların 45,6 faizi, kişilərin isə 69,2 faizi məşğul hesab olunur.