Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

Manatın ucuzlaşması gözlənilir? - AÇIQLAMA

28 May 2024 - Finans, Dollar

manatin-ucuzlasmasi-gozlenilir-aciqlama-1716929051

28 May 2024

"Yanvar, fevral və mart aylarında dollara tələbatın artması nəzərdə tutulurdu. Bunu da bayram tədarükləri ilə əlaqələndirirdilər. Bu, ilin əvvəlində olan idxal müqavilələrinin yenilənməsi ilə bağlı idi. Çünki bir neçə bayram var idi".

Borsa.az xəbər verir ki, bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib. O bildirib ki, bu baxımdan may ayında dollara olan təlabatın aşağı düşməsi, sabitləşməsi təbii haldır:

"Hazırda bütün lazımi ehtiyatlar yığılıb, məhsul idxalı tarazlaşıb. Bu da dollara tələbatın aşağı düşməsinə öz təsirini göstərir. Digər tərəfdən ola bilər ki, bu təlabat yenidən artsın. Çünki daha çox xaricdə təhsil alan şəxslər təhsil haqqı və sair vəsaitlər ödəməli olacaqlar. Bu, öz təsirini göstərəcək".

İqtisadçı dolların qiymətinin daha bir müddət sabit qalacağını deyib:

"Həm bizim valyuta ehtiyatlarımızın çoxluğu, həm makro iqtisadi göstəricilərin sabit olması, xarici valtuyada olan borclanmanın az olması, dolların sabit qalmasına təsir edir. Həmçinin, dünyada neft qiymətlərinin Azərbaycan büdcəsində nəzərdə tutulan qiymətdən artıq olması müəyyən əsaslar verir ki, dolların qiymətinin sabit qalması bir müddət davam etsin".