Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

Bu il Rusiya ən çox almanı Azərbaycan, Serbiya və Çindən idxal edib

27 May 2024 - Xəbərlər, Xarici

bu-il-rusiya-en-cox-almani-azerbaycan-serbiya-ve-cinden-idxal-edib-1716927001

27 May 2024

2024-cü ilin əvvəlindən mayın 26-dək Rusiya ən çox almanı Serbiya (30,9 min ton), Azərbaycan (28,4 min ton)və Çindən (15,2 min ton) idxal edib. Ümumilikdə, bu ilin əvvəlindən ölkəyə 178,3 min ton alma tədarük edilib.

Borsa.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci ildə ümumilikdə 615,08 min ton, 2023-cü ildə isə 417,03 min ton alma idxal edilib. Belə ki, 2022-ci ildə Rusiyaya almanın əsas tədarükçüləri Serbiya (99,6 min ton), Türkiyə (89,5 min ton), Azərbaycan (77,2 min ton) və Belarus (73,06 min ton) olub.

2023-cü ildə isə ən çox alma Belarusdan (79,7 min ton), Azərbaycandan (79,2 min ton), Serbiyadan (47,1 min ton) və Türkiyədən (40,9 min ton) idxal edilib.