Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

Şahdağa dolu düşüb - FAKTİKİ HAVA

27 May 2024 - Xəbərlər, Ekologiya

sahdaga-dolu-dusub-faktiki-hava-1716791703

27 May 2024

Mayın 27-si saat 10:00-a olan məlumata əsasən mayın 26-sı bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Borsa.az xəbər verir ki, bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 27-də gecə və səhər əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Qeyd edilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 6 mm, Zaqatala, Balakəndə 5 mm, Culfa, Şahbuz, Şahdağ, Göygöl, Naxçıvan, Ordubad, Daşkəsən, Şəmkir, Tovuz, Qəbələ, Qobustan, Sabirabad, Cəfərxan, Yardımlıda 4 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Mayın 26-sı saat 16:00 radələrində isə Gədəbəyin Düzyurt kəndi ərazisinə diametri 6-8 mm olan, saat 16:40-16:45 radələrində isə Şahdağa dolu düşüb.

Daşkəsən, Göygöl, Şəmkir, Qax, Balakən, Zaqatala, Qrız, Lerik, Pirallahı, Binə, Neft Daşları, Çilov adasında duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25, Naxçıvan MR-da 21-24, Aran rayonlarında 22-25, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.