Azərbaycanın bu il qəhvə idxalı nə qədər olub ? - RƏQƏMLƏR AÇIQLANDI
“AzerGold”un yeni qızıl sikkə kolleksiyası İçərişəhərə həsr olunub
21 May 2024 - Finans, Qızıl
21 May 2024
“AzerGold” QSC qədim və orta əsrlər dövrünə aid zəngin milli mədəniyyət abidələri ilə bəşər mədəniyyəti inciləri sırasında xüsusi yer tutan İçərişəhərə həsr olunmuş yeni qızıl sikkə kolleksiyasını təqdim edib.
Borsa.az xəbər verir ki, kolleksiya yerli qızıldan, ən yüksək əyarda hazırlanıb və 5,10, 20 qram çəkilərdədir.
Sikkə çeşidləri üzərində ümumbəşəri dəyər kimi UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilən İçərişəhərin tarix və mədəniyyət abidələri dizayn edilib. Qız qalası, Şirvanşahlar sarayı, Şah məscidi, Qoşa qala qapıları, eləcə də İçərişəhərin memarlıq ansamblına daxil olan digər abidələrin həkk olunduğu sikkə kolleksiyası paytaxtımızın tarixi simasını simvolizə edir.
999.9 əyarlı, 5, 10 və 20 qram çəkiyə malik yeni qızıl sikkələr “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində və onlayn satış platforması - “www.azergold.gift” vasitəsi ilə alıcılara təqdim edilir.
Məlumat üçün qeyd edək ki, “AzerGold” QSC tərəfindən Azərbaycan qızılı və gümüşündən müxtəlif dizaynlarda sikkələr, eləcə də qızıl külçələr ilk dəfə 2018-ci ildə istehsal edilib, 2019-cu ildən yerli pərakəndə satış bazarına təqdim edilib. Məqsəd ölkəmizin qiymətli metallar bazarının inkişafına təkan vermək və pərakəndə satışı stimullaşdırmaqdır. “AzerGold” QSC-nin qızıl sikkə kolleksiyaları ölkəmizin, onun tarixi, incəsənəti, mədəni irsinin və digər dəyərlərinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi, həm də istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya alətidir.

XƏBƏR LENTİ
- 15:58 Azərbaycanın bu il qəhvə idxalı nə qədər olub ? - RƏQƏMLƏR AÇIQLANDI
- 15:52 Azərbaycanda sement istehsalı 15% artıb
- 15:49 Nazir müavini: "İmtahanda 40 600 müəllim iştirak edib. Onların 88%-i uğur qazanıb"
- 15:44 Bazar gününə olan hava proqnozu açıqlanıb
- 15:37 Arda Gülərin bu gün əsas heyətdə yer almayacağı açıqlandı
- 15:00 Azad olunmuş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısında DƏYİŞİKLİK
- 14:44 Türkiyənin Portuqaliya sınağı
- 14:30 Azərbaycanın Hindistanla ticarət dövriyyəsi 6%-dən çox azalıb
- 14:16 Azərbaycanda skuter və moped bazarı "partlayacaq" - 14 YAŞLILARA İCAZƏ VERİLDİ
- 13:47 Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi xeyli azalıb
- 13:27 Mətbuat Şurası və ARDNF birgə müsabiqə elan edib
- 13:18 Dövlət fondu dəftərxana malları alır - TENDER ELANI