Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

"Azərişıq" abonentlərə müraciət edib 

21 May 2024 - İqtisadiyyat, SƏNAYE VƏ ENERGETİKA

azerisiq-abonentlere-muraciet-edibnbsp-1716319942

21 May 2024

“Azərişıq” ASC-nin Bakı şəhərinin bir sıra ərazilərində həyata keçirəcəyi təmir və təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilməsində planlı fasilələr yaranacaq.

Borsa.az xəbər verir ki, qurum bununla bağlı abonentlərə müraciət edib.

Bildirilib ki, fasilələr müddətində kabel xətlərinin sınağı, mühafizə və avtomatika dövrələrinin yoxlanılması, transformator məntəqələrində torpaqlanma qurğularının yoxlanılması və başqa bu kimi profilaktik işlərin görülməsi nəzərdə tutulur.

Müraciətdə deyilir ki, bu barədə məlumatları “Azerishiq.az” saytında “Planlı fasilələr” bölməsində ətraflı şəkildə əldə etmək olar.

2024-cü ildə elektrik enerjisinin dayanıqlığının yüksəldilməsi, istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təmin olunması Cəmiyyətin qarşıya qoyduğu ən vacib məsələlərdəndir.

Belə ki, yenidənqurma tədbirləri nəticəsində paytaxtın sıx məskunlaşılmış ərazilərində təhlükəsizlik tədbirləri və getdikcə artan tələbat nəzərə alınaraq bir sıra işlər görülməkdədir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən regionlarda və Bakı şəhərində elektrik təsərrüfatının yaxşılaşıdırılması məqsədilə “Azərişıq” bir sıra tədbirləri həyata keçirməkdə davam edir.