Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

Vaşinqtonda VIII illik Transxəzər Forumu işə başlayıb 

21 May 2024 - İqtisadiyyat, İnfrastruktur

vasinqtonda-viii-illik-transxezer-forumu-ise-baslayibnbsp-1716318744

21 May 2024

Vaşinqtonda “Orta Dəhlizin imkanlarını necə artırmaq olar” mövzusunda VIII illik Transxəzər Forumu öz işinə başlayıb.

Borsa.az xəbər verir ki, “Caspian Policy Center” analitik mərkəzinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə Xəzər regionu ölkələrinin ABŞ-də akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim iştirak edir.

Açılış mərasimində Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti son 12 ayda Xəzər regionunda mühüm hadisələrin baş verdiyini vurğulayıb. Bunlara Orta Dəhlizin inkişafı, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində irəliləyişlər, qlobal investisiyaların artması və bərpa olunan enerji mənbələrindən istifadəyə keçid daxildir.

ABŞ Dövlət katibinin Mərkəzi və Cənubi Asiya məsələləri üzrə köməkçisinin müavini Con Mark Pommerşeym öz növbəsində qeyd edib ki, ABŞ hökumətinin Transxəzər regionu ilə bağlı siyasəti ölkənin bütün Mərkəzi Asiya ilə bağlı siyasətinin əsas elementidir.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.