Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

Azərbaycan zərgərlik sahəsi üzrə yeni dövlət standartları qəbul etdi

21 May 2024 - İqtisadiyyat, Finans

azerbaycan-zergerlik-sahesi-uzre-yeni-dovlet-standartlari-qebul-etdi-1716317775

21 May 2024

Yeni dövlət standartları zərgərlik xidmətləri ilə əlaqəli ümumi qaydaları, həmçinin zərgərlik peşəsi, bu sahədə istifadə olunan alətləri, avadanlıqları və digər məsələləri əhatə edir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Türk standartları əsasında AZS TS 11848:2024 “Zərgərlik xidmətləri – Ümumi qaydalar” və AZS TS 12376:2024 "Zərgər – İstehsal – İşçilər üzrə tələblər" yeni dövlət standartları qəbul edilib.

Borsa.az xəbər verir ki, yeni dövlət standartları zərgərlik xidmətləri ilə əlaqəli ümumi qaydaları və zərgərlik peşəsi, bu peşə ilə məşğul olanların təsnifatını, istifadə olunan alətləri, vasitələri və avadanlıqları, həmçinin hər bir sinfə aid olan işçinin zərgərlik peşəsi ilə əlaqədar yiyələnməsi vacib olan bilikləri, bacarıqları, rəftar və davranışları əhatə edir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sözügedən yeni dövlət standartları “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 36) tərəfindən müzakirəyə çıxarılıb və AZSTAND tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.