Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

Azərbaycan Çinə fındıq ixrac etməyə hazırlaşır 

21 May 2024 - İqtisadiyyat, Makro və Mikro

azerbaycan-cine-findiq-ixrac-etmeye-hazirlasirnbsp-1716317485

21 May 2024

Azərbaycandan Çinə fındıq ixracı məqsədilə qarşılıqlı protokolların imzalanması üçün danışıqlar davam etdirilir.

Borsa.az xəbər verir ki, bunu AQTA-nın İdxal və ixraca nəzarət şöbəsinin baş məsləhətçisi Vəfa Səfərli Bakıda keçirilən “Yaşıl dünya naminə” mövzusunda Bitki Sağlamlığı Forumunda bildirib.

"Çinə fındıq, eləcə də alma, nar və badam ixracı üçün Agentlik risk qiymətləndirməsinin nəticələrini qarşı tərəfin səlahiyyətli qurumuna rəsmi kanallar vasitəsilə təqdim edib. Agentliyin müvafiq sahədə vahid dövlət nəzarətini həyata keçirən dövlət qurumu kimi təsisatlanması, ixrac olunan bitkilər və bitkiçilik məhsullarına münasibətdə digər ölkələrin tələblərinə uyğun nəzarəti həyata keçirməsi nəticəsində xarici ölkə bazarlarına çıxış imkanları artırılıb, ixrac həcminin artırılmasına nail olunub", - deyə o qeyd edib.

© "Report"