Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

18 May 2024 - Xəbərlər, İdman

bayer-almaniya-cempionatini-meglubiyyetsiz-basa-vurub-1716061646

18 May 2024

“Bayer” futbol üzrə Almaniya çempionatının 34-cü turunun ev oyununda “Auqsburq”u 2:1 hesabı ilə məğlub edib.

Borsa.az xəbər verir ki, qaliblərin qollarını Viktor Bonifas (12-ci dəqiqə) və Robert Andrix (27-ci dəqiqə) vurub. Bununla da, Bayer məğlubiyyətsizlik seriyasını 51 matça çatdırıb.

“Bayer” Almaniya çempionatını 90 xalla məğlubiyyətsiz başa vurub, 34 matçda komanda 28 qələbə qazanıb və 6 dəfə heç-heçə edib. Klub tarixdə ilk dəfə ölkə çempionatının qalibi olub.

“Bayer”ə qədər Almaniya çempionatında cəmi iki komanda məğlub olmamışdı – “Drezdner” bunu 1942/43 mövsümündə, “Dinamo Berlin” isə 1982/83 mövsümündə bacarmışdı.

Bu mövsüm Bayerin qarşıda hələ iki finalı var - mayın 22-də komanda Avropa Liqasında həlledici oyunu Dublində İtaliyanın “Atalanta”sına qarşı, mayın 25-də isə Almaniya kubokunda “Kayzerslautern”lə keçirəcək.