Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

Cəlilabadda intensiv yağıntılar çiyələyin məhsuldarlığını aşağı salıb

19 May 2024 - Biznes, Sahibkarlıq

celilabadda-intensiv-yagintilar-ciyeleyin-mehsuldarligini-asagi-salib-1716104713

19 May 2024

Ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti Cəlilabad rayonunda açıq sahələrdə yetişən çiyələyə mənfi təsir edib.

Borsa.az xəbər verir ki, Fermerlərin verdiyi məlumata görə, yağış yetişmiş məhsulu zədələdiyi üçün çürümə başlayıb. Nəticədə məhsuldarlıq 20 faizə yaxın aşağı düşüb.

Həmçinin onlar qeyd edib ki, hava şəraiti belə davam edərsə, məhsul tamamilə məhv olacaq.

Məhsuldarlığın aşağı düşməsi artıq qiymətdə də özünü göstərir. Belə ki, 20 gün əvvəl 1 manat 50 qəpiyə qədər ucuzlaşan çiyələk artıq 2 manata qədər bahalaşıb.

Cəlilabad rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu il rayonda 560 hektar sahədə çiyələk əkini aparılıb.