Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

Azərbaycanda əsas kapitala yönəldilən vəsait bu qədər artdı

19 May 2024 - Finans, Neft

azerbaycanda-esas-kapitala-yoneldilen-vesait-bu-qeder-artdi-1716104439

19 May 2024

Cari ilin yanvar-aprel aylarında əsas kapitala 5230,4 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,8 faiz çox investisiya yönəldilib.

Dövlət Statistika Komitəsindən Borsa.az-a bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 6,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 15,2 faiz artıb.

İstifadə olunmuş investisiyanın 2828,9 milyon manatı və ya 54,1 faizi məhsul istehsalı sahələrinə, 1979,3 milyon manatı (37,8 faizi) xidmət sahələrinə, 422,2 milyon manatı (8,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf edilib.

Əsas kapitala yönəldilmiş investisiyaların 4210,1 milyon manatını və ya 80,5 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 3687,6 milyon manatı və ya 70,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.