Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

Bu şəxslərə daha yüksək pensiya növü təyin ediləcək 

09 İyun 2024 - Xəbərlər, Sosial

bu-sexslere-daha-yuksek-pensiya-novu-teyin-edileceknbsp-1717939433

09 İyun 2024

Vətəndaşların bir neçə pensiya hüququ olduqda müraciət etmədən daha yüksək olan pensiya növü təyin ediləcək.

Borsa.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsində qeyd olunub.

Eyni zamanda dəyişikliyə görə, müraciət əsasında növdəyişmə hüququ da saxlanılacaq ki, vətəndaş ona proaktiv qaydada aparılmış yeni növ pensiya təyinatını istəməzsə, onun müraciətinə əsasən əvvəlki pensiya növünə geri qaytarıla bilsin.

Qanunun 22-1.5-ci maddəsinə təklif olunan dəyişiklik və əlavə olunan yeni - 34.1-1-ci maddə əlavə maliyyə yükü və ya vətəndaşlar üçün əlavə hüquq yaratmır, onlar sadəcə müraciət etmək öhdəliyindən azad olunurlar.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.