Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

Bölgələrdə kirayə mənzil bazarında qiymətlər necədir?  

08 İyun 2024 - Biznes, İnşaat və əmlak

bolgelerde-kiraye-menzil-bazarinda-qiymetler-necedirnbspnbsp-1717938697

08 İyun 2024

Paytaxtla yanaşı, bölgələrdə də aylıq kirayə mənzillərin qiyməti artıb.

Borsa.az xəbər verir ki, rayonlarda fəaliyyət göstərən rieltorlar bildirirlər ki, qiymətlər mənzillərə görə dəyişir.

Sənan Nuriyev deyir ki, Mingəçevirdə əvvəlki illərlə müqayisədə əşyasız 2-3 otaqlı mənzillərdə 150 manata qədər bahalaşma müşahidə edilir. Şəhərdə əvvəllər aylıq kirayə qiyməti 80-100 manat arasında dəyişən birotaqlı mənzillərdə isə 200 manata qədər artım var.

Lənkəranda da eyni mənzərə yaşanır.

Rieltor Baba Həsənov deyir ki, Lənkəranda kirayə verilən bina evlərinə tələbat çox olduğu üçün bu il qiymətlər artırılıb.

Paytaxta yaxın Sumqayıtda isə bahalaşma özünü daha çox büruzə verir. Şəhərin kirayə mənzil bazarında vəziyyəti dəyərləndirən rieltor Eldar Sadıqov bildirib ki, köhnə tikili binalarda üçotaqlı əşyalı mənzillərin qiyməti 300-350 manatdan başlayır.

Mərkəzi hissələrdə yeni tikili binalarda isə qiymətlər 1000 manata qədər yüksəlir.

Reirtorlar onu da bildirbilər ki, sentyabr ayında-yeni tədris ilinin başladığı ərəfədə qiymətlər müəyyən qədər dəyişə bilər.