Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

Bakının bəzi ərazilərində avtomobil yollarının təmirinə başlanılır 

07 İyun 2024 - İqtisadiyyat, İnfrastruktur

bakinin-bezi-erazilerinde-avtomobil-yollarinin-temirine-baslanilirnbsp-1717935905

07 İyun 2024

Sabah saat 10:00-dan Bakının Atatürk prospektində (Səttar Bəhlulzadə küçəsindən Fətəli xan Xoyski küçəsinə qədər), iyunun 10-da isə saat 10:00-dan Bakının Suraxanı rayonunun Səttar Bəhlulzadə küçəsində (Heydər Əliyev prospektindən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna qədər) təmir işlərinə başlanılacaq.

Borsa.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, təmir müddətində sözügedən hissələrdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək, amma yollar bağlanmayacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.