Gümüş 51.6894
Qızıl 4,366.8155
usd 1.7000
eur 1.8905
aed 0.4628
gbp 2.2371
rub 0.0186
try 0.0499

Şamaxıda Hava Şarları Festivalı davam edir 

09 İyun 2024 - Turizm, Digər, Sərgi-Yarmarka

samaxida-hava-sarlari-festivali-davam-edirnbsp-1717935518

09 İyun 2024

Şamaxıda ötən gün başlayan Hava Şarları Festivalı (Balloon Festival) bu gün axşam saatlarınadək davam edəcək.

Borsa.az xəbər verir ki, artıq ikinci ildir təşkil edilən festival çərçivəsində müxtəlif forma və dizaynda hava şarlarının Meysəri kəndi üzərində nümayiş uçuşu keçirilir.

Bu dəfə də izləyicilər hava şarlarının Şamaxı səmasındakı heyranedici uçuşunun şahidi olub.

Şamaxı İcra Hakimiyyətinin dəstəyi ilə “EZONE” şirkəti tərəfindən təşkil olunan Hava Şarları Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən festivalın təşkil olunduğu Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.

Festival zamanı Meysəri kəndindəki “Şirvan Şərabları” kompleksi ərazisində konsert və əyləncə proqramı da təşkil olunur. Burada axşam saatlarına qədər kiçikdən böyüyədək müxtəlif əyləncələrə qatılıb, konsert proqramını izləmək olar.